Xəbər lenti

Cəmil Həsənli Strasburqa getdi
Siyasət14:04 13.10.2013

Cəmil Həsənli Strasburqa getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) prezidentliyə namizədi Cəmil Həsənli oktyabrın 13-də Avropaya yola düşüb. 

Milli Şuranın mətbuad xidmətindən musavat.com-a daxil olan məlumata görə, o, Brüsseldə və Strasburqda Avropa İttifaqı və Avropa Şurasının rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. 

Görüşlərdə Azərbaycanda mövcud ictimai- siyasi durum, Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində Avropa ilə Azərbaycan arasında əməkdaşlıq, 9 oktyabr prezident seçkilərinin yekunları və seçkinin nəticələrinin saxtalaşdırılması və s. məsələlər müzakirə ediləcək.

Bu ilin noyabr ayında isə Cəmil Həsənli ABŞ-a səfər edəcək./musavat.com/