Xəbər lenti

Cəmil Həsənlidən İbrahimbəyovla görüşü ilə bağlı AÇIQLAMA
Siyasət10:49 16.09.2013

Cəmil Həsənlidən İbrahimbəyovla görüşü ilə bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Rüstəm İbrahimbəyov Milli Şuranın sədri kimi seçki startegiyasına rəhbərlik edir. Axıra qədər də rəhbərlik edəcəyinə inamlıdır".

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Şuranın vahid namizədi Cəmil Həsənli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib:

“Biz belə düşünürdük ki, Rüstəm İbrahimbəyov Londonda görüşəcəyik. Amma bəzi problemlər yarandı. Ona görə də Tiflisdə görüşməli olduq. Rüstəm bəylə Milli Şuranın seçki strategiyası ilə bağlı geniş müzakirələr apardıq. R. İbrahimbəyov Milli Şuranın sədri kimi seçki startegiyasına rəhbərlik edir. Axıra qədər də rəhbərlik edəcəyinə inamlıdır. Mətbuatda yayılan məlumatların heç bir əsası yoxdur. Rüstəm bəy Milli Şuraya necə əzmkarlıqla yaratmağa başlamışdısa, fəaliyyətinə də  axıra qədər əzmlə davam edəcək”

Qaynar.info