
"Rüstəm İbrahimbəyovun sədirliyi altında işləmək mənim üçün xoşdur"
Bunu Qaynar.info-ya Milli Şuranın vahid namizədi olmuş Cəmil Həsənli qurumun hazırki sədri Rüstəm İbrahimbəyovu əvəz edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.
Cəmil Həsənli bu məlumatın həqiqətə uyğun olmadığını və Milli Şuranın gündəliyində belə bir məsələnin yer almadığını bildirib: "Rüstəm İbrahimbəyovun sədrliyi altında Milli Şurada olmaq mənim üçün xoşdur. Onun yerinə keçəcəyimlə bağlı xəbərlər isə həqiqəti əks etdirmir".
Elkin Xəlilov
Qaynar.info