Xəbər lenti

Cəmil Həsənlinin şikayəti təmin edilmədi
Siyasət07:18 04.10.2013

Cəmil Həsənlinin şikayəti təmin edilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Apellyasiya Məhkəməsində prezidentliyə namizəd Cəmil Həsənlinin Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı apellyasiya şikayətinə baxılıb.
 
C. Həsənlinin nümayəndəsi Elman Fəttahın APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
 
Qeyd edək ki, C. Həsənli ödənişli efir vaxtının verilməsi üçün İTV-yə müraciət edib. Lakin İTV buna razılıq verməyib. Həmin qərardan isə MSK-ya şikayət edilib. MSK İTV-nin qərarını düzgün hesab edib. Bundan sonra MSK-nın qərarında apellyasiya şikayəti verilib.

Qaynar.info