Xəbər lenti

"Cəmiyyət bu vəhşiliyi törədənlərin layiqli cəza alaraq cəmiyyətdən təcrid olunacağını gözləyir"
Ölkə07:57 09.09.2022

"Cəmiyyət bu vəhşiliyi törədənlərin layiqli cəza alaraq cəmiyyətdən təcrid olunacağını gözləyir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu yaxınlarda hamımız sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində yayılmış "Mehnur” Reabilitasiya Mərkəzində uşaqlara əzab və işgəncə  verilməsi ilə bağlı videonu dəhşət və qəzəblə izlədik.
Obyektivlik naminə deməliyik ki, aidiyyti qurumlar tərəfindən  məsələyə dərhal reaksiya verildi.
Təqsirləndirilən şəxslər Nuranə Hacızadə (direktor), Səbinə Əlyarbəyli (direktorun köməkçisi) və Aytac Kazımlının (psixoloq) barəsində Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü (bir qrup şəxs tərəfindən yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlandı.
Cəmiyyət bu vəhşiliyi törədənlərin layiqli cəza alacağını və cəmiyyətdən  təcrid olunacağını gözləyir.
Lakin hakimin həmin şəxslər barədə həbs qətiimkan tədbiri seçməməsi cəmiyyətdə birmənalı qarşılanmadı.
Və bizə- Ədliyyə Nazirliyi yanında İctimai Şuraya hadisəylə bağlı çoxsaylı müraciətlər olundu, suallar ünvanlandı.
Məsələyə aydınlıq gətirməyi özümə borc bildim.
Məlumdur ki, qətimkan tədbirləri prokurorun təqdimatı ilə seçilə bilər.
Nizami rayon prokuroru məhkəməyə həmin şəxslər barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirlərinin seçilməsinə dair təqdimat vermiş,
hakim Nigar Qədirli  ise 05.09.2022-ci il tarixdə qərarları ilə həmin vəsatəti təmin etmişdir.
Çünki qeyd etdiyim kimi, belə olan halda sözügedən cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi məhkəmənin səlahiyyətləri xaricindədir.
Həmin qərarlardan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Elxan Muradov tərəfindən şikayət verilmiş və işə Bakı Apellyasiya Məhkəməsində baxılacaqdır.
Səadət Bənənyarlı,
Tanınmış hüquq müdafiəçisi, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri