Xəbər lenti

Çempionlar Liqası XXI əsrin rekordunu müəyyənləşdirdi
İdman 10:42 30.01.2025

Çempionlar Liqası XXI əsrin rekordunu müəyyənləşdirdi

Yanvarın 29-da keçirilən Çempionlar Liqasının Liqa mərhələsinin səkkizinci turunda XXI əsrdə ən çox qol vurulan oyun günü rekordu müəyyən edilib.

Qaynarinfo xəbər verir ki, 18 matçda 64 qol vurulub. Bu, XXI əsrin rekordu və turnirin bütün tarixində ikinci ən yaxşı nəticədir. 

Bir oyun günü rekordu 1970-ci il sentyabrın 16-da (1970/71 mövsümü) Avropa Çempionlar Kubokunun birinci mərhələsində qeydə alınıb. Həmin gün 16 matçda komandalar 66 qol vurub.

Qeyd edək ki, Liqa mərhələsindən sonra aşağıdakı komandalar birbaşa 1/8 finala çıxıb: "Liverpul", "Barselona", "Arsenal", "İnter", "Atletiko", "Bayer", "Lill" və "Aston Villa".

1/16 finalda isə "Atalanta", "Borussiya" (Dortmund), "Real Madrid", "Bavariya", "Milan", PSV, PSJ, "Benfika", "Monako", "Brest", "Feyenoord", "Yuventus", "Seltik", "Mançester Siti", "Sportinq" və "Brügge" mübarizə aparacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->