
Məşhur amerikalı müğənni və aktrisa Cenifer Lopes "Giuseppe Zanotti" markası ilə birlikdə kapsul ayaqqabı brendi yaradıb.
Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, buraya idman ayaqqabısından tutmuş hündürdaban çəkməyədək 15 model daxildir.
Ayaqqabıların qiyməti 795-1995 dollar arasında olacaq. Brendin satış bazarına 2017-ci ildə daxil olması planlaşdırılır."Giuseppe Zanotti" italyan lüks ayaqqabı və akssesuar brendidir. Firmanın müştəriləri arasında Beyonse, Kanye Uest, Kim Kardaşyan və Karolina Kurkova kimi məşhurlar var.
Qızılgül
Qaynarinfo.Az