Sənət 16:28 13.05.2023

Cerri Heil Lorinin “Eurovision” mahnısını ukraynca oxudu (VİDEO)

Ukraynalı müğənni Cerri Heil bu il "Eurovision"da İsveçi təmsil edən Lorinin hit mahnısını tərcümə edib. Ulduzun artıq müsabiqədə qalib gələcəyi proqnozlaşdırılan "Tattoo” mahnısının yeni versiyası pərəstişkarlarını təəccübləndirib.

Qaynarinfo "Unian"a istinadla xəbər verir ki, Cerri Heil artıq işinin nəticəsini "Iİnstagram"da paylaşıb. O, Lorinin mahnısından Ukrayna dilinə tərcümə edilmiş bir fraqment ifa edib.

Videoda o, özü pianoda ifa edərək oxuyur. Ukraynalı sənətçi müğənninin adını postda qeyd etsə də, Lorin öz hitinin tərcüməsinə hələ reaksiya verməyib.

Şərhlərdə istifadəçilər mahnının Cerri Heil tərəfindən hazırlanmış Ukrayna versiyasını bəyəndiklərini qeyd ediblər.

Alpər