Ukrayna müharibənin sona çatması ilə bağlı hər hansı danışıqlarda iştirak etməlidir və Münhen razılaşmasının təkrarından qaçmaq lazımdır.
Qaynarinfo "The Guardian”a istinadla xəbər
verir ki, bu fikri Çexiya prezidenti Petr Pavel bildirib. O, xüsusilə vurğulayıb ki, ukraynalılar Rusiya ilə aparılan istənilən danışıqlara cəlb olunmalıdırlar. "Bu, onların torpağıdır, onların ölkəsidir, onların xalqıdır, onların həyatıdır”, - o deyib.
Pavel qeyd edib ki, Ukraynanın danışıqlardan kənarlaşdırılması 1938-ci il Münhen sazişi ilə paralellər yaradacaq. O xəbərdarlıq edib ki, Ukraynanın iştirakı olmadan verilən istənilən qərarlar "Münhenə bənzər bir vəziyyət” yarada bilər və "biz, çexlər, bunun nə olduğunu çox yaxşı bilirik”.
Bundan əlavə, Pavel Rusiyanın Ukraynanın NATO-ya qoşulmaması ilə bağlı şərtini qəbuledilməz adlandırıb.
O həmçinin bildirib ki, döyüş meydanındakı vəziyyəti nəzərə alaraq Ukraynanın öz ərazilərinin bir hissəsini itirməsi perspektivi "çox real” görünür. Lakin o vurğulayıb ki, Rusiyaya verilmiş Ukrayna əraziləri heç bir halda Moskvanın hüquqi mülkiyyəti kimi tanınmamalıdır.
Bir həftə əvvəl KİV yazmışdı ki, ABŞ ruslarla əməkdaşlıq çərçivəsində Ukrayna üzrə belə adlandırılan sülh planı hazırlayıb. Sənəd 28 bənddən ibarət idi.
Planın detallarını öyrənən Avropa onu dərhal rədd etmiş və Ukraynanın kapitulyasiya sənədi adlandırmışdı.
Bununla belə, Ukrayna hakimiyyəti daha ehtiyatlı mövqe sərgiləyərək bildirmişdi ki, bu "sülh planı” müzakirə oluna bilər. Cenevrədə bu məsələyə dair artıq ilk konsultasiyalar baş tutub.
Alpər
Şərhlər