Xəbər lenti

Ceyhun Bayramov amerikalı səfirlə görüşdü
Siyasət18:21 15.02.2021

Ceyhun Bayramov amerikalı səfirlə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Xarici işlər nazir Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqer ilə görüşü keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ətraflı fikir mübadiləsi apararaq, Azərbaycan-ABŞ münasibətlərinin daha da irəlilədilməsi məsələsini müzakirə ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.