Xəbər lenti

Ceyhun Bayramov Azərbaycanın BMT ilə əməkdaşlığından danışdı
Siyasət10:43 18.03.2022

Ceyhun Bayramov Azərbaycanın BMT ilə əməkdaşlığından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"BMT ilə əməkdaşlıq və 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir".
Qaynarinfo xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
XİN rəhbəri bu il Azərbaycan və BMT arasında əməkdaşlığın 30 illiyinin qeyd olunduğunu xatırladıb.
"Əməkdaşlığın 30 illiyinə həsr olunmuş tədbirlərdən birinin Şuşada keçirilməsi son dərəcə vacib və əhəmiyyətlidir. 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək vermək və BMT ilə əməkdaşlıq etmək bizim üçün mühüm əhəmiyyət daşıyır”, - C.Bayramov deyib.
Xatırladaq ki, bu gün Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbir keçiriləcək.