Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yaxın Şərqdə münaqişə coğrafiyasının genişlənməsini təhlükəli adlandırıb.
Qaynarinfo Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bunu nazir Ər-Riyadda (Səudiyyə Ərəbistanı) XİN başçılarının məsləhət görüşündə bəyan edib.
"Münaqişə coğrafiyasının genişlənməsi təhlükəlidir və dərhal dayandırılmalıdır. Region dövlətlərinə hücumların davam etməsi parçalanmanın dərinləşməsi və uzunmüddətli sabitliyin pozulması təhlükəsi yaradır", - o qeyd edib.
Nazirin sözlərinə görə, baş verənlərin nəticələri ayrı-ayrı ölkələrin hüdudlarını aşaraq, o cümlədən mülki əhali və infrastruktur üçün daha geniş regional, eləcə də qlobal təhdidlər yaradır. O, həmçinin mövcud böhrana təcili reaksiya verilməsinin zəruriliyinə diqqət çəkib.
Şərhlər