Xəbər lenti

Ceyhun Bayramovdan Dövlət Bayrağı Günü ilə bağlı təbrik
Siyasət14:15 09.11.2021

Ceyhun Bayramovdan Dövlət Bayrağı Günü ilə bağlı təbrik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xarici işlər naziri Ceyhun Bayramov Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Qaynarinfoxəbər verir ki, XİN rəhbəri bu barədə tviter hesabında paylaşım edib. O bildirib ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur:
"Bu əlamətdar gün münasibətilə bütün həmvətənlərimizi təbrik edirik! Üçrəngli bayrağımız həmişə qürurla dalğalansın”.
Nazir daha sonra paylaşımına Xalq şairi Bəxtiyar Vahabzadənin "Bayraq” şeirindən kiçik bir hissə əlavə edib:
"Bayraq mənliyimdir, bayraq kimliyim, 
Bayraq-öz yurduma öz hakimliyim”.