Xəbər lenti

Ceyhun Bayramovun Lavrovla telefon danışığı: Nəyə hazırlıq gedir? (ŞƏRH)
Siyasət14:02 03.11.2021

Ceyhun Bayramovun Lavrovla telefon danışığı: Nəyə hazırlıq gedir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ola bilsin Rusiya tərəfindən hansısa sənədlərin hazırlanması istiqamətində işlər gedir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Fərhad Məmmədov Azərbaycan Xarici İşlər naizri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında olan telefon danışığını şərh edərkən deyib:
"Ceyhun Bayramovla telefon danışığından bir gün öncə Lavrov Ermənistan xarici işlər nazirilə danışıb. Bu fonda son iki telefon danışığını hansısa sənədlərin hazırlanmasında tərəflər arasında olan müzakirələrin bir hissəsi kimi qiymətləndirirəm. Putin son çıxışında kommunikasiyalar və sərhəd məsələsilə bağlı fikirlərini bildirib. Bu mənada böyük ehtimalla hazırlanan sənədlər məhz bu iki istiqamətdədir. Lakin ilk növbədə diplomatik münasibətlər qurulmalı, sülh müqaviləsi bağlanmalı, ərazi bütövlüyü tanınmalı, yalnız bundan sonra sərhədlərlə bağlı komissiyanın yaradılması daha məntiqlidir. Sözügedən komissiyanın bu proseslərdən əvvəl yaradılması isə işin səmərəliliyinə zərbə olar”.
Həmsöhbətimizə görə, proses ətrafında dinamika mövcuddur:
"Nəzərə alaq ki, Putin-Paşinyan görüşündən sonra proseslərdə müəyyən dinamika müşahidə edilir. Bura Paşinyanın MDB sammitində çıxışı, nəqliyyat kommunikasiya xətlərinin dəqiq şəkildə ifadə edilməsi daxildir. Ölkəmiz üçün maraqlı olan isə Azərbaycanın əsas hissəsilə Naxçıvan arasında dəmir yolu ilə yanaşı, avtomobil yolunun çəkilməsinin qeyd edilməsidir. Hökumətlərarası komissiyanın iclasının digərlərindən fərqi ondan ibarət idi, onun yalnız birinci hissəsi keçirilib. Yəni ikinci hissə də nəzərdə tutulub. Bundan sonra Azərbaycan Rusiyanın vasitəçiliyi ilə xoş niyyət olaraq 5 nəfər erməni diversantını Ermənistana təhvil verdi. Bütün bu proseslər deməyə əsas verir ki, dinamika mövcuddur və burada müzakirə olunan məsələlər nəqliyyat kommunikasiya və sərhədlərlə bağlı məsələlərdir. Kommunikasiyalarla bağlı məsələ 10 Noyabr bəyannaməsində öz əksini tapıb. Sərhədlərlə bağlı məsələ isə hər hansı bir sənədlə reqlamentləşdirilməyib. Bunu danışıqlarda yeni mövzu kimi dəyərləndirə bilərik”. 
Rüfət Sultan