Ölkə 13:02 03.09.2022

Ceyhun Beyləqanlını qətlə yetirən şəxslər saxlanıldı (FOTOLAR)

İstanbul şəhərinin Fatih bölgəsindəki idman zalında azrbaycanlı qətlə yetirilib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gün yerli vaxtla saat 22.00 radələrində Seyyid Ömer məhəlləsində yerləşən idman zalında "Ceyhun Beyləqanlı" kimi tanınan Ceyhun Əlkbərov iki naməlum şəxs tərəfindən güllələnib.

Artıq Ceyhun Əlkbərovu qətlə yetirən şəxslər saxlanılıb. Məlum olub ki, onu qətlə yetirən şəxslər Rusiya vətəndaşı L.G. və Azərbaycan vətəndaşı Z.A. olub. 

Polisin keçirdiyi əməliyyat zamanı onlar saxlanılıblar. Hər iki şəxsin artıq izahatı alınıb. Üzərilərində iki tapança götürülüb. 

Ceyhun Əlkbərovun cənazəsi müayinə olunmaq üçün Yenibosna Ədliyyə Tibb Morquna aparılıb. 

Sosial şəbəkələrdə yayılan informasiyaya görə, Ceyhun Beyləqanlı kriminal aləmə yaxın şəxsdir.

Əhməd