Xəbər lenti

Ceyranbatanda bina silkələndi - VİDEO
Ölkə08:45 16.10.2014

Ceyranbatanda bina silkələndi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ceyranbatan qəsəbəsi iki mərtəbəli qəzalı binada baş verən güclü silkələnmə sakinləri bərk qorxudub.

ANS TV-nin məlumatına görə, Seymur Quliyev küçəsində yerləşən bina 1951-ci ildən sakinlərin istifadəsindədir və artıq bir neçə ildir ki, qəzalı vəziyyətdədir. Buna baxmayaraq məskunlaşmış 12 ailə hələ də burada yaşamağa məcburdur. Onsuz da qəzalı vəziyyətdə olan binanın növbəti dəfə möhkəm silkələnməsi uşaqlı-böyüklü hamını həyətə töküb. Əvvəlki silkələnmə hallarına öyrəncəli olsa da, bu dəfəki titrəyişi hamı zəlzələ hesab edib. Çaş-baş vəziyyətdə həyətə çıxanda isə həqiqətdə zəlzələnin olmadığını qonşular bir-birindən öyrənib.

Bina sakini Gülşən Əliyeva binada titrəyişlərin çox olduğunu dedi. Onun sözlərinə görə bu dəfəki titrəyiş daha qorxulu olub.

Baş vermiş hadisə ilə bağlı əraziyə hüquq-mühafizə orqanlarının və FHN-nin əməkdaşları, eləcə də Qaz İstismar Sahəsinin nümayəndələri cəlb olunub. Binada çatlar yarandığından sakinlərə gecəni başqa yerdə gecələmək tövsiyyə olunub. Yarana biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün binanı təmin edən qaz və elektrik xətləri kəsilib. Buna bənzər hallar əvvəllər də olduğundan binanın qəzalı olması bir daha təsdiqlənib.

Yaranmış vəziyyətlə tanış olan FHN-nin nümayəndələri isə bildirdi ki, 12 ailənin yaşadığı yaşayış binasının təmir olunacağı və ya sakinlərin oradan çıxarılacağı məsələsinə yaxın günlərdə qərar veriləcək.

Qaynar.info