Dünya 18:14 25.07.2022

Çin ABŞ-a xəbərdarlıq etdi - güc tədbiq edəcəyik

Çin ABŞ -ın xüsusi nümayəndəsi Nensi Pelosinin Tayvana mümkün səfəri ilə bağlı ABŞ rəsmilərinə xəbərdarlıqları artırdığını təsdiqləyib.
 
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Çinin xəbərdarlığı ilə bağlı ilk olaraq "Financial Times” qəzeti xəbər yaymışdı. İndi Çin tərəfi məlumatı təsdiqləyib. Çin Xİn-in Mətbuat katibi Zao Lijian gündəlik media brifinqində Pekinin səfərin baş tutacağı təqdirdə güc tədbirləri görəcəyini bildirib.

Nurlan Hüseynov