Xəbər lenti

Çin BMT-ni birtərəfli sanksiyaları boykot etməyə dəvət etdi
Dünya 10:56 22.09.2023

Çin BMT-ni birtərəfli sanksiyaları boykot etməyə dəvət etdi

Çin hakimiyyəti beynəlxalq ictimaiyyəti birtərəfli sanksiyaları boykot etməyə dəvət edir.

Qaynarinfo Kommersant-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının vitse-prezidenti Han Çjen BMT Baş Assambleyasının kuluarlarında deyib. 

Onun sözlərinə görə, bu cür sanksiyalar beynəlxalq münasibətlərə ciddi ziyan vurur.

Diplomat əmin edib ki, Pekin hegemonluğu və məcburiyyət siyasətini dəstəkləmir. Onun fikrincə, bütün ölkələrin suverenliyinə hörmətlə yanaşmaq, eləcə də BMT Nizamnaməsinə əməl etmək lazımdır.

"Qeyri-qanuni birtərəfli sanksiyalar beynəlxalq münasibətlərdə harmoniya və sabitliyi ciddi şəkildə pozur. Dünya birliyinin üzvləri bunu birgə boykot etməlidirlər”, - deyə Han bildirib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->