Xəbər lenti

Çin dünyanın ilk dördüncü nəsil atom elektrik stansiyasını işə saldı
Dünya 17:23 06.12.2023

Çin dünyanın ilk dördüncü nəsil atom elektrik stansiyasını işə saldı

Çin dünyanın ilk dördüncü nəsil atom elektrik stansiyasını (AES) işə salıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS Çin Xalq Respublikasının Dövlət Energetika İdarəsinə istinadən məlumat yayıb.

Yüksək temperaturlu qazla soyudulmuş reaktorla (HGR) təmin edilmiş "Şidaovan” obyekti Şandun əyalətinin şərqində yerləşir. Atom elektrik stansiyası 168 saat sınaq rejimində işləyib, bundan sonra isə kommersiya istismarına verilib. 

İdarə bildirib ki, HGR-nin əsas üstünlüyü onun elektrik enerjisi istehsalı sahəsində təhlükəsizliyidir. "Dördüncü nəsil nüvə enerjisi texnologiyalarının tədqiqi, inkişafı və tətbiqi sahəsində Çin dünyanın qabaqcıl səviyyəsinə çatıb", detə Dövlət Energetika İdarəsindən bildirilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->