Xəbər lenti

Çin elmi texnoloji nəşrlərin sayına görə dünya lideridir
Dünya 16:25 10.10.2024

Çin elmi texnoloji nəşrlərin sayına görə dünya lideridir

Çin elmi texnoloji nəşrlərin sayına görə dünyada birinci yerdədir. 

Qaynarinfo bu barədə Roskonqresin məlumatlarına istinadən xəbər verir.

Bundan əlavə, Çin ixtiralar üçün etibarlı yerli patentlərin və Patent Əməkdaşlığı Müqaviləsi çərçivəsində beynəlxalq müraciətlərin sayına görə dünyada birinci yerdədir. 

Qabaqcıl təyyarə mühərrikləri, o cümlədən hipersəs mühərrikləri sahəsində dünyada ən çox istinad edilən tədqiqatların 48%-i Çinin payına düşür. Çində tədqiqat və inkişafa ayrılan maliyyənin ümumi məbləği Avropa İttifaqının 27 ölkəsinin cəmindən çoxdur.

Analitiklər qeyd edirlər ki, Çin süni intellekt sahəsində aparıcı mütəxəssislərin hazırlanması və cəlb edilməsində öz mövqeyini möhkəmləndirib, ABŞ-la fərqi azaldıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->