Dünya 15:26 04.06.2023

Çin Kiyevlə hərbi əlaqələri genişləndirməyə söz verib - "Bloomberg"

Çinin müdafiə naziri Li Şanfu Kiyevlə hərbi əlaqələri genişləndirməyə söz verib. Bu, şənbə günü Şanfu ilə onun ukraynalı həmkarı Oleksiy Reznikov arasında görüş zamanı olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

Qeyd olunur ki, çinli nazir Rusiyanın Ukraynadakı müharibəsini dayandırmağa çalışmaq üçün "bütün mümkün vasitələrdən” istifadə etməyi vəd edib.

Bununla yanaşı, Pekin Moskva ilə sıx siyasi və iqtisadi əlaqələrə baxmayaraq, sülhməramlı rolunda israr etməkdə davam edir. Nazirlərin görüşü zamanı Ukrayna tərəfi Çinin vəziyyətlə bağlı anlayışını dərinləşdirməyə çalışıb.

"Onlar Ukrayna və Çin hərbi rəhbərliyi arasında əlaqələri genişləndirmək üçün danışıqlara hazırdırlar. Ümid edirəm ki, görüşdən sonra müəyyən dinamika görəcəyik", deyə Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrılov danışıqlardan sonra qeyd edib.

Qeyd edək ki, Çin daim Rusiya-Ukrayna müharibəsi ilə bağlı neytral mövqeyini vurğulayır. Eyni zamanda, Rusiyanın baş naziri Mixail Mişustin Çinə son səfəri zamanı baş nazir Li Çianq ilə danışıqlar aparıb və bir sıra iqtisadi sazişlər imzalayıb.

Rusiya-Ukrayna müharibəsinin nizamlanması üzrə xüsusi nümayəndə Li Hui bildirib ki, Pekin müharibənin sülh yolu ilə başa çatmasında iştirak etməyə hazırdır, lakin Rusiya dəstəklədiyi "sülh planı” əsasında.

Bəzi kütləvi informasiya vasitələrinin məlumatına görə, Ukraynadakı Rusiya hərbçiləri Çin mənşəli sursatlardan istifadə edir.

Aydın