Xəbər lenti

Çin Kommunist Partiyası 2035-ə qədər bazar sosializmi qurmağı vəd edir
Dünya 17:32 18.07.2024

Çin Kommunist Partiyası 2035-ə qədər bazar sosializmi qurmağı vəd edir

Çin rəhbərliyi iqtisadiyyatda bazar mexanizmlərinin rolunu artıracaq, daha ədalətli və dinamik bazar mühiti yaradacaq və resursların bölüşdürülməsinin səmərəliliyini optimallaşdıracaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Çin Kommunist Partiyasının Mərkəzi komitəsinin cümə axşamı yaydığı kommünikedə deyilir.

"Sinxua” dövlət xəbər agentliyi plenumun yekunlarına əsasən bildirib ki, məqsəd 2035-ci ilə qədər Çində yüksək səviyyəli sosialist bazar iqtisadi sistemini tam şəkildə qurmaqdır.

"Sinxua” həmçinin xəbər verir ki, kommünike həmçinin Pekinin vergi və büdcə islahatlarını, eləcə də maliyyə və torpaq sistemlərində islahatları dərinləşdirəcəyini vurğulayır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->