Xəbər lenti

Cinayətdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Ölkə08:00 23.08.2018

Cinayətdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2018-ci il avqustun 22-dən 23-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 75 cinayət faktı qeydə alınıb, onların da 14-ü "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.