Xəbər lenti

"CN Poliqraf" MMC cərimə edildi
Ekonomiks13:53 16.03.2023

"CN Poliqraf" MMC cərimə edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"CN Poliqraf" MMC qaydaları pozduğuna cərimə edilib.
Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Nəzrin Məlikova olan şirkət gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) qaydaları pozub. Bu səbəbdən MMC barəsində inzibati xəta protokolu tərtib edilərək məhkəməyə göndərilib. 
İşə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılıb. "CN Poliqraf" MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimə edilib.
Əhməd