Xəbər lenti

Con Kerrinin Gürcüstana gəlməsinin səbəbi nədir? - Analtik şərh
Ölkə07:50 01.07.2016

Con Kerrinin Gürcüstana gəlməsinin səbəbi nədir? - Analtik şərh

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Əgər Gürcüstan Rusiyanın təsiri altına düşsə, bu avtomatik olaraq həm Ermənistanın, həm də Azərbaycanın Rusiyanın təsiri altına düşməsi anlamına gələcək". 

Bu sözləri Qaynarinfo.az-a açıqlamasında politoloq Azər Qasımlı ABŞ-ın dövlət katibi Con Kerrinin iyulun 6-da Gürcüstana səfərinə münasibət bildirərkən deyib.

Azər Qasımlının sözlərinə ABŞ-ın Gürcüstana üstünlük verməsinin iki əsas səbəbi var: "Birincisi, Gürcüstan Cənubi Qafqazın açar ölkəsidir. Gürcüstanın həm Türkiyə ilə yaxınlığı var, həm də Qara dənizə çıxışı var. Azərbaycan və Ermənistanla normal münasibətdədirlər. İkincisi, əgər Gürcüstan Rusiyanın təsiri altına düşsə, bu avtomatik olaraq həm Ermənistanın, həm də Azərbaycanın Rusiyanın təsiri altına düşməsi anlamına gələcək. Gürcüstan Cənubi Qafqaza təsir göstərmək üçün, burda mövcud olmaq üçün ABŞ və Avropa Birliyi üçün çox önəmli ölkədir".

Azər Qasımlı

Politoloqun fikrincə, Con Kerrinin səfəri zamanı ABŞ-la Gürcüstan arasında və bölgədə olan məsələləri müzakirə ediləcək: "Ən önəmli müzakirə predmentlərindən biri də Gürcüstanın NATO-ya üzvlük məsələsi olacaq. Məhz bu məsələ ətrafında geniş müzakirələr aparılacaq. Sözsüz ki, digər məsələlər də müzakirə mövzusudur. Əsas açar məsələ isə Gürcüstanın nə vaxt və hansı şərtlərlə NATO-ya üzv olmasıdır. Gürcüstan Qərbə nə qədər inteqrasiya olunacaqsa, o qədər də Azərbaycanın Avropa və Qərb strukturlarına, Avro-Atlantik məkana inteqrasiyası məsələsi gündəmə gələcək".

Qafqaz Rafiqoğlu 

Qaynarinfo.az