Admedia Reklam Agentliyinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) quraşdırdığı pavilyonlar yüksək qiymətləndirilib.
Qaynarinfo xəbər verir ki ,xüsusi dizaynla işlənilib hazırlanan pavilyonlar həm yerli, həm də xarici qonaqların diqqətini çəkib.
Şirkət iki əsas zonada stendlərin dizaynı, istehsalı və quraşdırılmasını təmin edib.
Belə ki, Yaşıl Zona üzrə Azərbaycan Turizm Agentliyi, Nargis Jurnalı, Novoroom, Mavi Zona üzrə isə Qətər Pavilyonu, Oman Sultanlığı Pavilyonu, Tuvalu Pavilyonu, Amazon Pavilyonu, Yaşıl İqlim Fondu Pavilyonu Admedia Reklam Agentliyi tərəfindən dizayn və istehsal edilərək quraşdırılıb.
Yaradıcılığı və texnologiyanı innovativ həllərə çevirən Agentlik bu beynəlxalq platformanın həyata keçirilməsində iştirakı ilə böyük bir təcrübə qazanıb.
Şirkət COP29-da fəal iştirakından qürur duyduğunu açıqlayıb.
Şərhlər