Xəbər lenti

Coşqun Qarayevin yerinə o təyin edildi
Ekonomiks 13:07 20.07.2026

Coşqun Qarayevin yerinə o təyin edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının Mühafizəsi Xidmətində yeni təyinat olub. 

Qaynarinfo-nun məlumatına görə, Avtomobil Yollarının Mühafizəsi Xidmətinin Bakı və Bakı ətrafı yol mühafizəsi bölgəsinin rəisi vəzifəsinə Riyad Paşayev təyin edilib. 

Bu barədə AAYDA  İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, bundan əvvəl Bakı və Bakı ətrafı yol mühafizəsi bölgəsinin rəisi Coşqun Qarayev olub. O, bir neçə ay əvvəl yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Coşqun Qarayev Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad regional nümayəndəliyinin direktoru, 70 yaşlı Əlövsət Qarayevin oğludur. 

Məsələ ilə bağlı AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlasaq da, zənglərimizə cavab vermədi.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->