Xəbər lenti

Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
İdman17:41 08.10.2021

Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan idmançısı Elcan Hacıyev (81 kq) bürünc medal qazanıb.
Qaynarinfo xəbər verir ki, cüdoçumuz yarımfinaladək uğurla irəliləsə də, bu mərhələdə rusiyalı idmançı Adam Tseçoyevə məğlub olub.
Bürünc medal uğrunda görüşdə rəqibi qazaxıstanlı Ayan Bayqaziyə ipponla qalib gələn E.Hacıyev dünya çempionatını üçüncü pillədə başa vurub.
Qeyd edək ki, bunadək komandamızın aktivində bir medal var idi. Turnirin birinci günündə Turan Bayramov (60 kq) gümüş medal qazanmışdı