Xəbər lenti

Cüzeppe Verdinin tamaşası Bakıda
Ölkə14:51 08.10.2013

Cüzeppe Verdinin tamaşası Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Trubadur” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın rəhbərliyi tamaşada əsas rollardan birini – Qraf di Luna partiyasını ifa etmək üçün Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Petrovu dəvət edib.
 
Tamaşada digər əsas rollarda əməkdar artistlər Fəridə Məmmədova (Leonora), Səbinə Əsədova (Azuçena) və Fərid Əliyev (Manriko) çıxış  edəcəklər. Tamaşanı beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev  idarə edəcək. 


Qaynar.info