Qaynarinfo xəbər verir ki, bu gün H qrupunda ikinci turun oyunları keçiriləcək və bununla da tura yekun vurulacaq.
Yaponiya - Seneqal görüşünda ilk turun qalibləri qarşılaşıb. Hesabı 12-ci dəqiqədə Seneqaldan Sadio Mane açıb. Yaponlar buna 34-cü dəqiqədə Takaşi İnuinin qolu ilə cavab verib. 71-ci dəqiqədə Mussa Vaque yenidən afrikalıları hesabda önə keçirib. Amma Yaponiya növbəti dəfə bərabərliyi təmin edə bilib. 78-ci dəqiqədə Keysuke Honda yekun nəticəni müəyyənləşdirib - 2:2.
Qeyd edək ki, qrunun ikinci oyunu saat 22.00-da Polşa və Kolumbiya arasnda keçiriləcək.