Xəbər lenti

D18 Hərəkatı çağırış etdi
Siyasət07:00 06.09.2016

D18 Hərəkatı çağırış etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

D18 Hərəkatı İdarə Heyəti xalqa çağırış edib. Təşkilatdan Qaynarinfo.Az-a daxil olan məlumatda deyilir:

"D18 Hərəkatı olaraq 26 sentyabrda keçiriləcək referenduma ilk gündən etiraz etdik. Müxalifətin bir arada olması üçün çalışsaq da obyektiv və subyektiv səbəblərdən bu birlik alınmadı. D18 “Respublika” təşviqat qrupuna qoşuldu. Təşviqat qrupu olaraq imzaları toplayıb MSK-ya təqdim etsək də, hakimiyyət müxalifətin yeganə təşviqat qrupunu qeydə almadı.

Hakimiyyət bütün gücü ilə çalışır ki, referendumu gizli keçirib, xalqı və siyasi institutları prosesdən kənarda tutsun. Bizlər isə hakimiyyətin bu oyununu pozmalıyıq.

D18 Hərəkatı olaraq düşünürük ki, hər birimiz ideoloji və siyasi düşüncəmizi bir kənara qoyub Cümhuriyyət dəyərlərimizin qorunması üçün çalışmalıyıq. Biz susduqca problemlər həll edilmir. Əksinə, ölkəmiz daha da uçuruma gedir. Birlik və həmrəylik göstərmək zamanıdır.

D18 Hərəkatı hər kəsi Milli Şuranın 11 sentyabrda və Müsavatın 18 sentyabrda keçirəcəyi mitinqdə aktiv olmağa çağırır. Cümhuriyyət idealarını qorumaq üçün birlik nümayiş etdirməmiz şərtdir".

Qaynarinfo.Az