
D18 Hərəkatı 1 yaşının tamam olması münasibətilə tədbir keçirib.
Tədbirdə Hərəkat rəhbərliyi və özək sədrləri iştirak edirdi. Hərəkat rəhbərliyi bir ildə gördükləri işlər haqda üzvlərə hesabat verib.
Tədbirdə çıxış edən İdarə Heyəti üzvləri Elmin Həmzə, Zaur Mirzə, Elvin Camal, Mənsur İsrafilov, Qüdrət Sadıqlı bir ildə gördükləri işlər və qarşıdakı hədəflər haqda hesabat veriblər.
Sonda D18 Hərəkatının sədri Ruslan İzzətli çıxış edib. Ruslan bəy çıxışında D18 hədəflərindən və gəncliyin siyasi proseslərdəki önəmindən danışıb.
Tədbirin sonunda Hərəkat sədri yeni üzvlərə D18-in rozetlərin taxıb.
Qaynar.info




