Xəbər lenti

Daha 2 siyasi partiya ofislə təmin olundu
Siyasət10:42 11.08.2021

Daha 2 siyasi partiya ofislə təmin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.
İqtisadiyyat Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 2 siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis sahəsi təqdim edilib.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev və Yeni Zaman Partiyasının sədri Musa Ağayev fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.