Xəbər lenti

Daha bir avtobus qəzası: Ölənlər var
Ölkə10:25 29.06.2016

Daha bir avtobus qəzası: Ölənlər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sərnişinlər xəstəxanaya yerləşdiriliblər.

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo.az-a verilən məlumata görə, Sumqayıt şəhərinin Sülh küçəsində Ramil Tahirovun idarə etdiyi “Hyundai” markalı və şəhər sakini Şəmsəddin Nəcəfovun 3 saylı xətt üzrə idarə etdiyi “Isuzu” markalı avtomobillər toqquşub. 

Nəticədə R.Tahirov və sərnişinlərindən Əzizə Əzimova hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Qaynarinfo.az