Xəbər lenti

Daha bir azərbaycanlı döyüşçü, tanımış jurnalistin qardaşı oğlu Ukraynada həlak oldu (FOTO)
Ölkə04:44 28.04.2022

Daha bir azərbaycanlı döyüşçü, tanımış jurnalistin qardaşı oğlu Ukraynada həlak oldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynada yaşayan 39 yaşlı Fuad Fərhad oğlu Məmmədov Donetsk vilayətində Konstantinovka uğrunda döyüşlərdə həlak olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Odessada yaşayan həmvətənimiz Anar Ağazadə məlumat verib.
O bildirib ki, Fuad bəyin atası istefada olan hərbi həkimdir.
"Şəhidimiz həm də çoxlarımızın birinci Qarabağ savaşından tanıdığı hərbi jurnalist, dəyərli dostumuz Ağası Hun Məmmədlinin qardaşı oğludur. Başımız sağ olsun. Tanrı ruhunu şad etsin”
Anar Ağazadə həm də Fuad Məmmədovun kiçik qardaşı Rasimin də hazırda Ukraynanın ərazi bütövlüyü uğrunda doyüslərdə iştirak etdiyini bildirib.