Ölkəyə gətirilən avtomobillərə görə rüşvət alan gömrükçü məhkəməyə çıxarılır
Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə və risklərin idarə olunması şöbəsinin həbs edilən inspektoru İskəndərov Şahin Rövşən oğlu barəsində istintaq yekunlaşdırılaraq, iş məhkəməyə göndərilib.
Qaynarinfo-nun məlumatına görə, işə Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə aprel ayının 26-da baxılacaq.
Əldə edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsi ilə ittiham elan olunub.
Baş Prokurorluğun əməkdaşlarının apardığı istintaq zamanı Şahin İskəndərovun ölkəyə gətirilən avtomobillərin gömrük dəyərinin aşağı qiymətə rəsmiləşdirilməsi müqabilində birbaşa və kart hesabına köçürülmə yolu ilə rüşvət almasına dair əsaslı şübhələr müəyyən edilib.
Əhməd