Xəbər lenti

Daha bir hüquq müdafiəçisi saxlanıldı
Ölkə14:21 12.09.2014

Daha bir hüquq müdafiəçisi saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Bakı aeroportunda saxlanılıb, ölkəyə buraxılmır.


“Qafqazinfo” xəbər verir ki, bu haqda Turan-a Qəhrəmanlı özü bildirib.

Onun sözlərinə görə, Berlində keçirilən tədbirdən vətənə dönüb. Ona hər-hansı izah verilmir, pasportu əlindən alınıb. Hər-hansı axtarış aparılmır, ölkəyə buraxılmamasının səbəbi izah edilmir.

M.Qəhrəmanlının qızı, “Qadın Krizis Mərkəzi” ictimai birliyinin sədri Mətanət Əzizova hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun cinayət işində şahid kimi dindirilib. Təzyiqlərə məruz qalması ilə əlaqədar bir müddət öncə Azərbaycanı tərk etməyə məcbur olub. Bundan sonra M.Əzizovanın evində axtarış aparılıb, sənədlər və texnoloji avadanlıqlar müsadirə edilib.

Qaynar.info