Xəbər lenti

Daha bir ölkə Bakıda səfirlik açır
Siyasət05:28 28.09.2019

Daha bir ölkə Bakıda səfirlik açır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü iclası çərçivəsində Slovakiya Respublikasının Xarici və Avropa İşləri naziri Miroslav Layçak ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, nazirlər iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd ediblər və əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər. Nazir M.Layçak yaxın günlərdə Slovakiyanın Azərbaycanda Səfirliyinin açılacağını bildirib.
Nazirlər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.