Xəbər lenti

Daha bir ölkədə səfirliyimiz olacaq - SƏRƏNCAM
Siyasət17:00 28.11.2014

Daha bir ölkədə səfirliyimiz olacaq - SƏRƏNCAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın daha bir ölkədə səfirliyi açılır. Qaynar.info xəbər verir ki, bununla bağlı bu gün prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Nazirlər Kabineti Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin. 
Xarici İşlər Nazirliyinə isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.
Qaynar.info