Azərbaycanda daha bir məhkum xəstəlikdən dünyasını dəyişib. Bu barədə APA-ya Nizami Rayon Prokurorluğundan bildirilib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan məhkum, 1973-cü il təvəllüdlü Əlihüseyn Tofiq oğlu Əlihüseynov xəstəlikdən dünyasını dəyişib.