Xəbər lenti

Daha bir məmur işdən çıxarıldı (FOTO)
Ölkə12:04 02.10.2017

Daha bir məmur işdən çıxarıldı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıtda məmur tutduğu vəzifə ilə vidalaşmalı olub.

"Qaynarinfo" xeberle.com-a istinadən məlumat verir ki, Sumqayıt Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Rahim Mustafayev işdən azad olunub. Məmurun işdən çıxarılmasının səbəbləri məlum deyil. Hələlik onun yerinə təyinat olmayıb.

Məlumatı dəqiləşdirmək üçün Rahim Mustafayevlə əlaqə saxlanılıb. R. Mustafayev tutduğu vəzifəni tərk etdiyini təsdiq edib və  öz ərizəsi ilə işdən azad olunduğunu bildirib.

Qeyd edək R.Mustafayev əvvəllər Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru vəzifəsində çalışıb.

2015-ci ilin sonlarından isə Sumqayıt Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi vəzifəsində işləyib.

Qaynarinfo.Az