Xəbər lenti

Daha bir millimiz böyük hesabla uduzdu
İdman 14:55 09.09.2025

Daha bir millimiz böyük hesabla uduzdu

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün "Slovenia Nations Cup" yoldaşlıq turnirində üçüncü oyununa çıxıb.

Qaynarinfo xəbər verir ki, U-19 sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. "Çatej" stadionunda keçirilən görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, millimiz ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb.

Onu da qeyd edək ki, bir neçə gün öncə Azərbaycan əsas millisi İslandiyaya 0:5, U-21 komandamız isə Portuqaliyaya eyni hesabla məğlub olub. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->