Xəbər lenti

Daha bir partiya qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edəcək
Siyasət08:48 23.10.2023

Daha bir partiya qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milliyyətçi Demokrat Partiyası qeydiyyadan keçmək üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim edəcək.
Bu barədə Qaynarinfo-ya sözü gedən partiyanın sədri Qələndər Muxtarlı məlumat verib. 
Sədr bildirib ki, qeydiyyatla əlaqədar bütün sənədlər hazırdır:
"Noyabr ayının 17-də təsis olunan təşkilat kimi sənədləri nazirliyə təqdim edəcəyik. Bütün ağrılı-acılı günlərdə millətimizin və dövlətimizin yanında olmuşuq. Yolumuzu millətçilər olaraq davam etdirəcəyik. Azərbaycanda partiya, siyasi təşkilat olaraq ən çox şəhidi, qazisi olan təşkilatdır. Demək olar ki, 95% qazilərdən ibarət bir təşkilatıq. Ona görə bu adamların yolunu, mübarizəsini dayandırmaq mümkin deyil”. 
Sədr hesab edir ki, nə qədər Azərbaycan və onun problemləri var, təşkilat millətinin yanında olacaq. 
Bahar Rüstəmli