Xəbər lenti

Daha bir sərnişin avtobusu qəza törətdi - Yaralılar var
Ölkə13:35 04.03.2016

Daha bir sərnişin avtobusu qəza törətdi - Yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakıdakı aeroport yolunda, Suraxan ərazisində sərnişin avtobusu ilə minik maşınların toqquşması nəticəsində zənçirvari qəza baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova virtualaz.org saytına bildirib ki, hadisə yerinə 5 təcili yardım briqadası gedib: "Hələlik 3 saylı Şəhər Klinik Xəstəxanasına 5 nəfər çatdırılıb. Onlardan üçünün vəziyyəti ağırdır. Yolda tıxac yarandığından təcili yardım maşınları əraziyə girə bilmir. Yaralıların sayı dəqiqləşdirilir. İlkin məlumata görə, hadisəyə səbəb 160 nömrəli sərnişin avtobusunun yüksək sürətlə hərəkət etməsi olub".

Qeyd edək ki, bu, son bir ayda paytaxtda baş verən 4-cü avtobus qəzasıdır.

Qaynar.info