
Atmosferi çirkləndirən, yollarda təhlükə yaradan avtomobilləri müəyyən etmək üçün reydlər davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı ərazi idarəsi və Ağstafa Dövlət Yol Polisi Bölməsi (DYPB) əməkdaşlarının birgə keçirdiyi reyddə 50 nasaz minik vasitəsi aşkarlanıb.
Amma keçirilən reyddə əksər sürücülər nəticələrlə razılaşmayaraq polis əməkdaşları ilə mübahisə edib, onlardan biri hətta DYP əməkdaşı ilə əlbəyaxa da olub. Polislə razılaşmayan sürücülər avtomobillərinin normal vəziyyətdə işlədiyini, yoxlama qurğularının düzgün işləmədiyini bildiriblər.Qaynarinfo.Az