Xəbər lenti

Daha bir tanınmış şəxs Müsavatdan getdi
Siyasət15:30 03.02.2015

Daha bir tanınmış şəxs Müsavatdan getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat Partiyasının tanınmış simalarından daha bir nəfər partiya sıralarını tərk edib.

Əbülfəz Elçibəy hakimiyyəti dönəmində ədliyyə nazirinin müavini olmuş Məmməd Zeynalov özünün facebook səhifəsində Müsavatdan istefa verdiyi barədə açıqlama yayıb.

O, Müsavat Partiyasının apardığı yarıtmaz siyasətə etiraz əlaməti olaraq Musavat Partiyası sıralarından istefa verdiyini bildirib: “Bu gündən etibarən siyasətlə məşğul olmayacağımı bəyan edirəm. Arqumentimi əsaslandırmaq üçün İsa Qəmbər və Mustafa Hacıbəylidən başqa istənilən partiya funksioneri ilə debata hazıram”

Qaynar.info