
Bu gün axşam saatlarında metronun "Qara Qarayev" və "Əhmədli" stansiyalarındakı dükanların da sökülməsinə başlanılıb.
Qaynar.info-nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda söküntü davam edir və ticarətçilər maşınlarla əmlaklarını daşımağa başlayıblar.
Söküntüyə Bakı Metropoliteninin mülki geyimli əməkdaşları nəzarət edir.
Əməkdaşımız bildirir ki, tez-tez ticarətçilərlə metro əməkdaşları arasında mübahisələr baş verib, həmçinin kiçik insidentlər qeydə alınıb.
Söküntü isə hələ də davam edir.
Qaynar.info