Xəbər lenti

Daha üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı
Siyasət12:19 15.07.2024

Daha üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində daha üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.
"Report” xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 15-də keçirilən iclasında qəbul edilib.
MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Müasir Müsavat (MMP), Demokratik Maarifçilik (ADMP) və Müsavat Partiyalarının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Bununla bağlı qərar səsverməyə çıxarılaraq qəbul olunub.