2024 Dakar Rallisinin qalibləri müəyyənləşib.
Qaynarinfo-nun məlumnatına görə, Karlos Sayns və Lukas Kruz avtomobil kateqoriyasında sözügedən yarışın qalibi adını qazanıb. İspan cütlük "Audi" markalı avtomobillə Yanbu şəhəri ətrafında baş tutan son mərhələdə 175 kilomerlik məsafəni qəzasız şəkildə qət edərək başa vurublar. Beləliklə Saynsın komandası dördüncü dəfə bu yarışı qazanmış olub. Sayns rallini ən yaxın rəqibindən 1 saat 26 dəqiqə irəlidə tamamlayıb.
Sayns və Kruz Dakarda 2010-cu ildəki ilk qələbədən tutmuş ("Volksvagen" markalı avtomobillə) bu günə qədər bütün uğurlarını birlikdə əldə edib. 2018-ci ildə "Peugeot", 2020-ci ildə isə "Mini" ilə yarışı qalib başa vurublar. Əslində, Sayns dörd fərqli marka ilə onu fəth etməyi bacaran Peterhanseldən sonra ikinci avtomobil sürücüsüdür.
Sayns 61 yaşında qələbə qazanmaqla həm də ən yaşlı avtomobil sürücüsü kimi öz rekordunu yeniləyib. Hazırda mütləq rekord 2021-ci ildə yüngül prototip kateqoriyasının qalibi 1957-ci il təvəllüdlü Yozef Maçaçekə məxsusdur. O, hələ 63 yaşında ikən belə rekord qırmışdı.
Səbuhi Həsənov