Xəbər lenti

Dağlıq Qarabağla bağlı daha bir qalmaqallı xəritə - Təxribat, yoxsa...
Ölkə09:37 22.09.2020

Dağlıq Qarabağla bağlı daha bir qalmaqallı xəritə - Təxribat, yoxsa...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan vikimediaçıları"nın hazırladığı "Dağlıq Qarabağ münaqişəsi" adlı vikiməqalədə ermənilərə aid xəritədən istifadə edilib.
Qaynarinfo HİT.Az-a istinadən xəbər verir ki, xəritədə Azərbaycanın işğal olunmuş ərazilərində erməni adları qeyd olunub. Belə ki, Xankəndi - Stepanakert, Xocavənd - Martuni, Ağdərə rayonunun adı isə Mardakert olaraq yazılıb. Azərbaycan üçün önəmli bir məsələdə belə səhv təəssüf doğurur. 
Qeyd edək ki, bir müddət əvvəl isə tarix dərsliklərində yer alan xəritələrdə Qarabağın adının Arsak kimi verildiyi üzə çıxmışdı.
Sözügedən xəritəni təqdim edirik: